525.Az

Gürcüstanın hökumət administrasiyasında yeni rəhbər


 

Gürcüstanın hökumət administrasiyasında yeni rəhbər <b style="color:red"></b>

Kaxa Kaxişvili Gürcüstanın hökumət administrasiyasının rəhbəri təyin olunub. 

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze bildirib. 

Baş nazir K. Kaxişvilinin hökumətin ən uğurlu nazirlərindən biri olduğunu deyib.

Qeyd edək ki, K. Kaxişvili 2015-ci ildən cəzaların icrası və probasiya naziri olub. Hökumətdə həyata keçirilmiş struktur dəyişikliklərinə əsasən, onun rəhbərlik etdiyi nazirlik Ədliyyə Nazirliyinə birləşdirilir.

Hökumət administrasiyasının keçmiş rəhbəri Şalva Tadumadze ötən gün ölkənin baş prokuroru vəzifəsinə təyin olunub.

 





12.07.2018    çap et  çap et