525.Az

Neft məhsulları ixracından gəlirlər 2 dəfə artıb


 

Neft məhsulları ixracından gəlirlər 2 dəfə artıb<b style="color:red"></b>

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan 282 mln. 794,13 min ABŞ dolları dəyərində 548 min 024,03 ton neft məhsulları ixrac edib. 

Bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib. 

Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 167 min 799,39 ton və ya 44,13% çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 136 mln. 796,32 min dollar və ya 1,94 dəfə çoxdur. 

Qeyd edək ki, 2017-ci ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrə 145 mln. 997,81 min dollar dəyərində 380 min 224,64 ton neft məhsulu ixrac edilib. 

Qeyd edək ki, 2018-ci ilin yanvar-may aylarında neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracının 3,26%-ni təşkil edib.

 





12.07.2018    çap et  çap et