525.Az

"... Dimitri Kantemir xanədanlığının 300 illiyi" təqdim edildi


 

"... Dimitri Kantemir xanədanlığının 300 illiyi" təqdim edildi <b style="color:red"></b>

İyul ayının 11-də Milli Kitabxanada Eleonora Borisovna Kantemirin "Dəmir qan. Dimitri Kantemir xanədanlığının 300 illiyi" adlı kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq Dimitr Kantemir haqqında qısa məlumat verib, onun böyük yazıçı, dövlət xadimi, alim, bəstəkar olduğunu qeyd edib. Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku deyib ki, Kantemirin Osmanlı imperiyası dövründə klassik Türk musiqisinə verdiyi töhfələr xüsusilə diqqətəlayiqdir.

Daha sonra söz kitabın müəllifi Eleonora Kantemirə verilib. Müəllif kitabda öz qədim Kantemirlər sülaləsinin keçmişdən bugünə qədər olan tarixini anlatdığını və kitabı yazarkən apardığı araşdırmalar zamanı Kantemirlər nəsli haqqında maraqlı məlumatlar əldə etdiyini bildirib. Ən maraqlısı isə odur ki, o, yarım əsr sonra Bakıda onunla eyni adı daşıyan bacısını tapdığını və buna görə Azərbaycanın, Bakının onun üçün doğma bir yer olduğunu diqqətə çatdırıb. Daha sonra çıxış edən müəllifin bacısı Azərbaycanı çox sevdiyini və doğma vətəni olaraq gördüyünü qeyd edərək buranı heç vaxt tərk etməyəcəyini vurğulayıb.

Sonda müəllif tədbirin təşkili üçün Mədəniiyət naziri Əbülfəs Qarayevə, Milli Kitabxananın rəhbərliyinə təşəkkürünü bildirib.

Tədbirin sonunda K.Tahirov Milli Kitabxana haqqında 3 dildə yazılmış (Azərbaycan, ingilis və rus dillərində) "Azərbaycan Milli Kitabxanası. Fotoalbom" kitabını və Azərbaycanın tarixi abidələrinin qeyd olunduğu xəritəni qonağa hədiyyə edib. Eleonora Kantemir isə öz növbəsində təqdimatı keçirilən kitabdan Milli Kitabxananın fonduna bağışlayıb.

 





12.07.2018    çap et  çap et