525.Az

Ziya Bünyadov prospektinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq


 

Ziya Bünyadov prospektinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq<b style="color:red"></b>

Nəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək məqsədi ilə Ziya Bünyadov prospektinin Asif Məhərrəmov və Ceyhun Səlimov küçələrinin kəsişməsində yerləşən yol ötürücüsündən 20 Yanvar dairəsinə doğru olan hissəsində 13 və 14 iyul tarixlərində təmir işləri aparılacaq. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "APA-Economics"ə verilən məlumata görə, bununla əlaqədar olaraq sözügedən hissədə hərəkət 13 iyul tarixində səhər saatlarından məhdudlaşdırılacaq. 

"Sıxlığın yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Yaranan müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir", - deyə məlumatda vurğulanıb.

 





12.07.2018    çap et  çap et