525.Az

Terrorçuluğa açıq çağırış etmiş şəxslər barədə 21 cinayət işi başlanıldı


 

TERRORÇULUĞA AÇIQ ÇAĞIRIŞLAR ETMİŞ VƏ AZƏRBAYCANDAN KƏNARDA YAŞAYAN ŞƏXSLƏR BEYNƏLXALQ AXTARIŞA VERİLİB

Terrorçuluğa açıq çağırış etmiş şəxslər barədə 21 cinayət işi başlanıldı<b style="color:red"></b>

Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsddən sonra terrorçuluğa açıq çağırış etmiş şəxslər barədə 21 cinayət işi başlanıb, 3 şəxs həbs edilib.

Hüquq mühafizə orqanlarından əldə etdiyimiz məlumata görə, digər şəxslərin müəyyənləçdirilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
 
Bundan əlavə, terrorçuluğa açıq çağırışlar etmiş və Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəxslər beynəlxalq axtarışa verilib.
 
Qanunsuz hərəkətlərə çağırış etmiş 25 şəxs barəsində inzibati həbs tədbiri seçilib.

 





13.07.2018    çap et  çap et