525.Az

Konfutsi İnstitutu Azərbaycan Turizm Assosiasiyası ilə müqavilə imzaladı


 

Konfutsi İnstitutu Azərbaycan Turizm Assosiasiyası ilə müqavilə imzaladı<b style="color:red"></b>

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu ilə Azərbaycan Turizm Assosiasiyası (AZTA) arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

ADU-dan 525.az-a verilən məlumata görə, müqavilənin əsas məqsədi turizm sahəsində əməkdaşlığın inkişafına yardım göstərmək, Azərbaycan və Çinin turizm ehtiyatlarından səmərəli istifadə, o cümlədən, bu istiqamətdəki təşəbbüsləri fəal şəkildə dəstəkləmək, ümumi turist şəbəkəsini formalaşdırmaq, turizm üzrə normativ-hüquqi sənədləri təkmilləşdirmək, vahid informasiya şəbəkəsinin tətbiqini təşviq etməkdən ibarətdir.

 Tərəflər təbii və mədəni irsin turizm məqsədilə fəal istifadəsi üçün şərait yaradacaq, ənənəvi turizm marşrutlarının bərpası və yenilərinin açılması üçün razılaşdırılmış tədbirlər görəcək, müxtəlif aktiv turizm növlərini, eləcə də biznes və kənd turizmini inkişaf etdirmək üçün addımlar atacaq. Həmçinin Azərbaycan və Çinin turizm bazarlarında turizm məhsullarının təbliğinə yardım edəcək. İki ölkənin turizmi barədə məlumat-təşviqat xarakterli kampaniyalar həyata keçiriləcək. Turizm bazarlarında Azərbaycan və Çinin turizm məhsullarının təqdimatı üçün innovasiya texnologiyalarının tətbiqi ilə bağlı birgə forum və sərgilər keçiriləcək.

İmzalanma mərasimində AZTA İdarə Heyətinin sədri Nahid Bağırov Azərbaycanda turizm sahəsində əldə olunmuş nailiyyətlər və inkişaf perspektivləri, o cümlədən, ölkəmizin turizm potensialı haqqında geniş məlumat verib.

Çin Xalq Respublikasının Azərbaycandakı səfirinin müavini Li Jinsun xalqlarımız arasında qarşılıqlı dostluq və anlaşmanın artırılması üçün iki ölkənin turizm xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılmasının vacibliyini vurğulayıb.

Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov ölkələrimiz arasındakı turizm əlaqələrinin inkişafı üçün əlverişli şəraitin yaranmasının vacibliyini bildirib. O, ümummilli lider Heydər Əliyevin Çinə tarixi səfəri zamanı ölkələrimiz arasında turizm sahəsində əməkdaşlıq haqqında imzalanmış müqavilənin əhəmiyyətini diqqətə çatdırıb.

 





13.07.2018    çap et  çap et