525.Az

“Elm və həyat” jurnalının yeni nüsxəsi işıq üzü gördü


 

“Elm və həyat” jurnalının yeni nüsxəsi işıq üzü gördü<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının Əsas binasında fəaliyyət göstərən Akademiyanın elmi-populyar jurnalı olan “Elm və həyat”ın yeni nömrəsi nəşr olunub.

Jurnalın yeni nömrəsində Ümummilli lider Heydər Əliyevin anadan olunmasının 95-ci il dönümü münasibəti ilə Ulu öndərimizi xatirə şəkilləri ilə dərin ehtiramla yad etmişik. Həmçinin, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin yenidən prezident seçilməsi münasibəti ilə təbrik məktubu, fəlsəfə üzrə fəlsəfə doktoru Radif Mustafayevin “Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri kimi M.Ə.Rəsulzadənin milliyyətçilik və millətçilik probleminə münasibəti”, filologiya üzrə fəlsəfə doktoru Namaz Manafovun “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”, Naxçıvan Dövlət Universitetinin əməkdaşı Hüseyn Qasımovun “Qloballaşma mühitində universitetlər”, fəlsəfə üzrə elmlər doktoru, dosent Ələddin Məlikov “Alvin Plantinqa – XX əsrin analitik epistemoloqu” və s. istiqamətdə bu kimi mövzular öz əksini tapmışdır.

Jurnal ümumilikdə elmin təbliğ olunmasından başqa, cəmiyyətdə elmə olan marağın artırılmasından, elmin populyarlaşdırılmasından, eyni zamanda da yeni texnologiyaların və innovasiyaların nümayişi haqqında, elmin dövlət və sənaye sektorlarının nüfuzundan xəbər verir. Həmçinin, Azərbaycanın tarixi, ədəbiyyatı, etnoqrafiyası, fizika, kimya, kibernetika, astronomiya və sair elm sahələrinə aid yazılar öz oxuculara təqdim etməkdədir.

İllərdir ki, bir qayda olaraq Azərbaycan alimlərinin orijinal yazılarını, elmi nəticələrini təqdim etmiş və demək olar ki, elmin bütün istiqamətlərini əsas tutan “Elm və həyat” jurnalının bugünkü hədəfi Azərbaycan elminin dünya elminə inteqrasiyası və maarifçi mövqeyinin gücləndirilməsidir.

Qeyd edək ki, “Elm və həyat” jurnalının baş redaktoru AMEA-nın prezidenti, akademik Akif Əlizadə, baş redaktorun müavinləri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və “Elm” qəzetinin redaktoru Zülfüqar Fərzəliyev, məsul katibi isə Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü, Turan Rəhimovadır.

 





13.07.2018    çap et  çap et