525.Az

Magistratura üzrə respublika birincisi UNEC-i seçdi


 

Magistratura üzrə respublika birincisi UNEC-i seçdi<b style="color:red"></b>

2018/2019-cu tədris ili üçün magistraturaya qəbul imtahanlarında respublika üzrə ən yüksək bal toplayan tələbə UNEC-i seçib.

Universitetdən 525.az-a verilən məlumata görə, UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinə (BMDM) maliyyə menecmenti ixtisası üzrə qəbul olan Bəxtiyar Zeynalov imtahanlarda 138 bal toplayaraq respublika birincisi olub.

Ötən tədris ilində magistratura pilləsinə keçirilən qəbul imtahanlarında ölkə üzrə ən yüksək nəticə göstərən ilk 20 tələbənin də məhz UNEC-də təhsil aldığını xüsusi vurğulayan B.Zeynalov ixtisası üzrə keyfiyyətli magistr təhsili üçün UNEC-i seçməklə doğru addım atdığına əminliyini bildirib:

“Mənimlə yanaşı, 11 tələbə yoldaşım da UNEC-ə qəbul olub. İnanıram ki, magistr təhsilini UNEC-də davam etdirmək hər birimiz üçün uğurlu olacaq”.

UNEC-in BMDM-ə 2018-2019-cu tədris ili üçün magistr qəbulu birinci mərhələdə 98%-lə yerinə yetirilib. 11 ixtisas 39 ixtisaslaşma üzrə Azərbaycan, ingilis, rus və türk dillərində tədris həyata keçirən BMDM ali təhsilin magistratura pilləsi üzrə yeni təhsil standartlarının modernləşdirilməsinin təşəbbüskarı olmaqla yanaşı, bu standartlarla ölkəmizdə fəaliyyət göstərən ilk mərkəzdir.

 





13.07.2018    çap et  çap et