525.Az

"Loqos" daha bir yeniliyə imza atdı


 

"Loqos" daha bir yeniliyə imza atdı <b style="color:red"></b>

Yarandığı gündən bir sıra uğurlarla diqqət çəkən "Loqos" Psixoloji Nitq və İnkişaf Mərkəzi beynəlxalq əlaqələrini genişləndirməkdə davam edir.
 
Belə ki, "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin Türkiyə Üsküdar Universiteti ilə əməkdaşlığı çərçivəsində İstanbulda "Loqos"un rəhbəri Təranə Məmmədova və Üsküdar Universitetinin rektoru professor Nevzat Tarhanın da iştirakı ilə görüş keçirilib. Rəsmi görüşdə təhsil və sağlamlıq imkanlarının inkişafı haqqında əməkdaşlıq sazişi imzalanıb. Yeni planlar müzakirə olunub, ilk tədbirlərin tarixləri təyin edilmişdir. Həmin tədbirlər planına uyğun olaraq Azərbaycana səfər etmiş nümayəndə heyəti iki günlük "Loqos"un qonağı olub.

Nümayəndə heyəti ilə keçirilən görüşdə "Loqos"un rəhbəri Təranə Məmmədova, türkiyəli nümayəndələr Hanifi Devrim, Emre Üçsular, Selçuk Uysaler və "Loqos" un bır sıra şöbələrinin rəhbər heyəti iştirak ediblər.

Görüşdən öncə nümayəndə heyəti Şəhidlər Xiyabanını və Türk Şəhidləri abidəsini ziyarət edərək, şəhidlərin əbədi xatirəsini yad ediblər. Daha sonra Bakı şəhəri haqqında qonaqlara geniş məlumat verilib. Nümayəndə heyəti "Loqos" un Yasamal, Gənclik və Azadlıq filialları ilə yaxından tanış olub və mütəxəssislər ilə görüşüblər. Sonra nümayəndə heyəti, Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi ilə ATV kanalında yayımlanan "Həkimsən" verlişinin qonağı olub və "Loqos" ilə qurulan əməkdaşlıq haqqında geniş məlumat veriblər. Daha sonra "Loqos"da baş tutuan görüşdə konkret olaraq tədbirlər planı müzakirə edilib və bir sıra layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Mərkəzin rəhbəri Təranə Məmmədova bildirib ki, başlanan yeni əməkdaşlıq "Loqos" un digər ölkələr ilə qurduğu əməkdaşlıq kimi uğurlu olacaq və bu əməkdaşlıq əhaliyə xidmətin daha da yüksəldilməsinə təkan verəcək.

Çıxış edən qonaqlar Bakı və "Loqos" haqqında xoş təəssüratlarını bölüşüb və qeyd ediblər ki, "Loqos" ilə başlanan əməkdaşlıq qısa zaman ərzində öz müsbət töhfəsini verəcəkdir.

Görüşün sonunda qonaqlara milli dəyərlərimizi özündə ehtiva edən hədiyyələr və "Loqos"  jurnalı təqdim edilib.

Şahanə MÜŞFİQ

 





13.07.2018    çap et  çap et