525.Az

Müəllimlərin imtahanlarının vaxtı açıqlandı


 

Müəllimlərin imtahanlarının vaxtı açıqlandı<b style="color:red"></b>

Azərbaycanda müəllimlərin işə qəbulu üzrə test imtahanlarının iyul ayının 16-dan 31-dək keçirilməsi nəzərdə tutulur.

Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən verilən xəbərə görə, imtahanlar bitdikdən sonra müsabiqənin növbəti mərhələsi - vakant yerlərin seçimi prosesi başlanacaq: "Avqust ayının ikinci yarısında artıq bütün prosesin tam olaraq yekunlaşması nəzərdə tutulur. Amma bu, tam olaraq müəllimlərin işə qəbulu prosesinin yekunlaşması demək deyil. Belə ki, müsabiqə yalnız müddətsiz müqavilə ilə işə qəbul üçün həyata keçirilmir. Çünki müsabiqə nəticəsində toplanılan bal əsasında heç bir vakansiya ilə təmin edilməyən şəxslərin müddətli əmək müqaviləsi ilə işə qəbulu da həyata keçiriləcək. Ona görə də bütövlükdə bu proseslərin zəncirvari olaraq, növbəti tədris ilində başa çatması ehtimal edilir".

Nazirlikdən bildirilib ki, müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim ediləcək. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq. Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü  yoxlanılacaq. İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki təqvim ili qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.

S.QARAYEVA

 





13.07.2018    çap et  çap et