525.Az

2022-ci il futbol üzrə dünya çempionatı noyabr-dekabr aylarında keçiriləcək


 

2022-ci il futbol üzrə dünya çempionatı noyabr-dekabr aylarında keçiriləcək<b style="color:red"></b>

2022-də ildə Qatarda keçiriləcək futbol üzrə Dünya Çempionatı noyabr-dekabr aylarında keçiriləcək. 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu "Lujniki" stadionunda keçirdiyi mətbuat konfransında FİFA prezidenti Canni İnfantino bildirib.

O, 2022-ci ildə Qatarda keçiriləcək futbol üzrə Dünya Çempionatının 21 noyabr-18 dekabr tarixlərində baş tutacağını söyləyib: "Artıq Avropa liqaları da bu barədə xəbərdar edilib.

Anlaşılandır ki, onlar da öz qrafiklərini uyğunlaşdırmalıdırlar. Məncə, bu düzgün qərardır. Ona görə ki, heç kəs iyun-iyul aylarında Qatarda futbol oynamaq istəmir. Noyabr və dekabrda isə orada elə istilər olmur".

 





13.07.2018    çap et  çap et