525.Az

Bakıda Misirin milli bayramı qeyd edildi


 

Bakıda Misirin milli bayramı qeyd edildi <b style="color:red"></b>

Bakıda Misirin milli bayramına həsr olunmuş rəsmi qəbul keçirilib.

APA-nın məlumatına görə, tədbirdə diplomatik korpusun nümayəndələri, ictimai-siyasi xadimlər və digərləri iştirak ediblər. 

Misirin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahim Şanlı iyul inqilabının 66-cı  ildönümünün qeyd edildiyini deyib. Səfir Azərbaycanın inkişafı və daha da müasirləşdirilməsində əldə edilmiş irəliləyişi  xüsusi qeyd edib. 

O bildirib  ki, Misir Azərbaycan arasında tarixən səmimi ikitərəfli əlaqələr olub:" Misir  Azərbaycanın müstəqilliyini rəsmən tanıyan ilk ölkələr sırasında yer alır. İqtisadi inkişafa və sosial tərəqqiyə nail olmaq istiqamətində bir-birimizin səylərimizi dəstəkləyirik". 

Milli Məclisin sədr müavini Bahar Muradova əvvəlcə Misir xalqını və dövlətini Azərbaycan hökumət rəhbərliyi  adından təbrik edib.  B.Murdova bildirib ki, Azərbaycanın Misirlə əlaqələri qarşılıqlı hörmətə əsaslanır: "İki ölkə arasında mövcud imkanlardan səmərəli istifadə üçün daha çox səylər göstərilməsi  gərəkdir. Bunun üçün siyasi iradə göstərilməlidir.  Biz iqtisadi-ticari əlaqələrin inkişafına xüsusi önəm veririk".

 





13.07.2018    çap et  çap et