525.Az

ABŞ 12 Rusiya vətəndaşına qarşı ittiham irəli sürdü


 

ABŞ 12 Rusiya vətəndaşına qarşı ittiham irəli sürdü<b style="color:red"></b>

ABŞ Ədliyyə Nazirliyi xüsusi prokuror Robert Müllerin araşdırması çərçivəsində 12 Rusiya vətəndaşına qarşı ittiham irəli sürüb. 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Ədliyyə nazirinin  birinci müavini Rod Rozenstayn bildirib. 

Məlumata əsasən, Rusiya xüsusi xidmət orqanlarının 12 əməkdaşı ABŞ-da 2016-cı ildə keçirilən seçkiqabağı kampaniya zamanı haker hücumlarının həyata keçirilməsində şübhəli bilinirlər. 

R.Rozenstayl onların Rusiya Baş Kəşfiyyat İdarəsinin əməkdaşları olduğunu bildirib. İddiaya görə, həmin şəxslər seçki komissiyasının saytını sındırıblar. 

Qeyd edək ki, fevralın 16-da ABŞ Ədliyyə nazirliyi Rusiyanın ABŞ-dakı seçkilərə müdaxilə işi çərçivəsində 13 Rusiya vətəndaşına qarşı ittiham irəli sürüb.

 





14.07.2018    çap et  çap et