525.Az

“Çelsi”nin yeni baş məşqçisi məlum oldu


 

“Çelsi”nin yeni baş məşqçisi məlum oldu <b style="color:red"></b>

Antonio Konte ilə yollarını ayıran “Çelsi”nin yeni baş məşqçisi müəyyənləşib. 

Apasport.az-ın “Sky Sports”a istinadən məlumatına görə, gözlənildiyi kimi, Mauritsio Sarri Premyer Liqa təmsilçisinin “sükanı arxası”na gətirilib. 

Bildirilir ki, Sarri 2 illik saziş bağlamaq üçün hazırda Londondadır. Müqavilədə sözləşmə müddətinin uzadılması bəndi də var. 59 yaşlı mütəxəssisin illik məvacibi 6 milyon avro təşkil edəcək. Onun köməkçisi isə “Çelsi”nin sabiq hücumçusu Canfranko Zola olacaq.

Qeyd edək ki, Mauritsio Sarri 2015-ci ildən bu yaya qədər “Napoli”ni çalışdırıb.

 





14.07.2018    çap et  çap et