525.Az

İsrail aviasiyası HƏMAS-ın mövqelərinə zərbələr endirdi


 

İsrail aviasiyası HƏMAS-ın mövqelərinə zərbələr endirdi <b style="color:red"></b>

İsrail Hərbi-Hava Qüvvələri atılan raketə cavab olaraq HƏMAS hərəkatının Qəzza zolağının cənubunda yerləşən mövqelərinə zərbələr endirib. 

APA-nın  xəbərinə görə, bu barədə İsrail müdafiə ordusunun “Tvitter”ində məlumat yayılıb. 

Məlumata əsasən, bundan əvvəl Qəzzadan İsrail ərazisinə təxminən 17 raket atılıb. Raketlərdən beşi "Dəmir günbəz" havadan müdafiə sistemi tərəfindən vurulub. İlkin məlumata görə, zərərçəkən olmayıb. 

Rəsmi Tel-Əviv bölgədə vəziyyətin gərginləşməsinə görə məsuliyyəti HƏMAS-ın üzərinə qoyub. ABŞ-ın Qüds ilə bağlı məlum qərarından sonra HƏMAS İsrailə qarşı raket hücumlarını artırıb.

 





14.07.2018    çap et  çap et