525.Az

Gənc aşıqların ifaları diskə köçürüləcək


 

Gənc aşıqların ifaları diskə köçürüləcək<b style="color:red"></b>

İndiyədək bir sıra uğurlu layihələrə imza atan Azərbaycan Aşıqlar Birliyində “Koroğlu havaları” vətənçilik, dövlətçilik və qəhrəmanlıq düşüncəsini daşıyan milli-mədəni dəyərlər kimi” adlı yeni layihənin həyata keçirilməsi istiqamətində iş aparılır.

Bu barədə məlumat verən birliyin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarında Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində respublikamızın müxtəlif guşələrində yaşayan istedadlı aşıqların arasında seçim aparılacaq. Onlardan “Koroğlu havaları”nın ən yaxşı ifaçısı olan 15 nəfər aşıq seçilməsi nəzərdə tutulur.

Seçim zamanı musiqi (aşıq havaları) ilə yanaşı, aşıqların ifa edəcəkləri mətnlərin - qoşma və gəraylıların seçiminə də xüsusi diqqət yetiriləcək. Hər ifaçının ifa edəcəyi aşıq havası və oxuyacağı şeir müəyyən edildikdən sonra onların ifaları studiyada lentə alınacaq. Daha sonra həmin ifalar xüsusi bir CD albom şəklində hazırlanaraq ictimaiyyətə təqdim olunacaqdır.

Artıq SD alboma daxil ediləcək aşıq havalarının müəyyənləşdirilməsi və həmin havaları ifa edəcək aşıqların seçilməsi istiqamətində işə başlanılıb.

ŞAHANƏ

 





14.07.2018    çap et  çap et