525.Az

"Azərbaycan Avropanın əsas enerji təchizatçısına çevrilməkdədir"


 

"Azərbaycan Avropanın əsas enerji təchizatçısına çevrilməkdədir"<b style="color:red"></b>

“Azərbaycan region üçün əsas enerji mənbəyidir və getdikcə Avropanın əsas enerji təchizatçısına çevrilir”. 

Bunu APA-ya açıqlamasında ABŞ-ın Corctaun Universitetinin professoru Brenda Şaffer deyib. 

B. Şaffer bildirib ki, müstəqillik əldə etdikdən sonra Azərbaycan enerji layihələrini sürətlə inkişaf etdirməyə başlayıb: “Neft-qaz sahəsində yeni inkişaf dövrü başladı, Azərbaycan idxalçıdan ixracatçıya çevrildi. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası” nəticəsində son illər Azərbaycanda sosial infrastruktura yatırılan investisiyalar, Azərbaycan rəhbərliyinin ölkənin insan kapitalının inkişafına diqqətinin nəticələri göz qabağındadır. Əlbəttə heç bir şey ideal deyil. Bəzi sahələr inkişaf etdirilməlidir. Bütün bu layihələri gerçəkləşdirməklə yanaşı, mümkün təhlükələrdən qorunmaq və maneələrin hədəfinə çevrilməməyə çalışmaq lazımdır. Ancaq son illər ərzində görülmüş işlər və nəticələr danılmazıdır. Fikrimcə, 2020-ci ilədək bütün perspektivləri tədqiq etməliyik”. 

B. Şaffer bildirib ki, TANAP layihəsi Azərbaycanla yanaşı dünya üçün inanılmaz nailiyyətdir: “Avropa ölkələri ucuz qiymətə, TAP qazına ehtiyac duyur. Düşünürəm ki, TAP-la bağlı meydana çıxan bəzi çətinliklər də həllini tapacaq. Bundan başqa, ətraf mühit standartlarını inkişaf etdirmək lazımdır”. 

 





16.07.2018    çap et  çap et