525.Az

Mədəniyyət naziri Qazaxda vətəndaşları qəbul edəcək


 

Mədəniyyət naziri Qazaxda vətəndaşları qəbul edəcək<b style="color:red"></b>

Mədəniyyət naziri Əbülfəs Qarayev Qazax şəhərində vətəndaşları qəbul edəcək. 

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, iyulun 20-də saat 11ºº-da Qazax şəhərində Ədəbiyyat muzeyində (Heydər Əliyev prospekti, 98A ) keçiriləcək qəbulda Ağstafa, Qazax, Tovuz, Şəmkir, Göygöl, Gədəbəy və Daşkəsən rayonlarından olan vətəndaşlar iştirak edə biləcəklər. 

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə qəbula yazıla bilərlər.

 





16.07.2018    çap et  çap et