525.Az

Ziya Bünyadov prospektində avtomobil tunelində hərəkət məhdudlaşdırılacaq


 

Ziya Bünyadov prospektində avtomobil tunelində hərəkət məhdudlaşdırılacaq<b style="color:red"></b>

İyulun 17-dən 18-nə keçən gecə Ziya Bünyadov prospektinin Böyük Şor yolu ilə kəsişməsindən sonra (Baku Steel Company-nin qarşısı) yerləşən avtomobil tunelində sıradan çıxmış işıqlandırma sisteminin yenilənməsi işləri aparılacaq. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, bu məqsədlə tunelin üzü Koroğlu metrostansiyası istiqamətində olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti gecə saat 01:00-dan 04:00-a kimi məhdudlaşdırılaraq yan yollara yönəldiləcək. 

Yaranan müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

 





17.07.2018    çap et  çap et