525.Az

Vergilər nazirinin müavini Tbilisidə regional forumda


 

Vergilər nazirinin müavini Tbilisidə regional forumda <b style="color:red"></b>

Tbilisidə vergilər sahəsində beynəlxalq əməkdaşlıq məsələlərinə həsr olunmuş regional forum keçirilir. 

APA-nın yerli bürosunun məlumatına görə, tədbirdə çıxış edən Gürcüstanın maliyyə naziri İvane Maçavariani iki günlük forumun regionda vergilər sahəsində ümumi yanaşmaların inkişafına dəstək verəcəyini bildirib. 

O qeyd edib ki, görüşdə həm qlobal, həm də regional səviyyədə vergilər sahəsi ilə bağlı məsələlər müzakirə olunacaq.  

Tədbirdə müxtəlif ölkələrin maliyyə nazirlikləri, gömrük idarələri, milli bankların nümayəndələri iştirak edir.

Azərbaycanı tədbirdə vergilər nazirinin müavini Sahib Ələkbərov təmsil edir. Forum çərçivəsində ikitərəfli görüşlər də keçiriləcək.

 





17.07.2018    çap et  çap et