525.Az

Xəzəryanı ölkələrin sammitinin vaxtı açıqlandı


 

Xəzəryanı ölkələrin sammitinin vaxtı açıqlandı <b style="color:red"></b>

"Xəzəryanı ölkələrin sammiti avqustun 12-də Aktauda keçiriləcək". 

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan xarici işlər naziri Kayrat Abdraxmanov məlumat verib. 

“Hazırda Qazaxıstan, Azərbaycan, İran, Rusiya və Türkmənistan xarici işlər nazirlikləri sammitə hazırlıqla bağlı fəal iş görürlər ", - deyə, o əlavə edib.  

Nazirin sözlərinə görə, bütün tərəflər sammitdə iştirakını diplomatik kanallar vasitəsilə təsdiqləyib.

 





17.07.2018    çap et  çap et