525.Az

Bakı-Naxçıvan sərnişin təyyarəsi məcburi eniş edib


 

Bakı-Naxçıvan sərnişin təyyarəsi məcburi eniş edib<b style="color:red"></b>

«Azərbaycan Hava Yolları» QSC-nin (AZAL) Bakı-Naxçıvan marşrutu üzrə havaya qalxan təyyarə texniki problemlər səbəbindən yenidən Heydər Əliyev Beynəlxalq Aeroportuna qayıdıb.

Hava limanından APA-ya verilən məlumata görə, AZAL-ın 253 saylı Bakı-Naxçıvan aviareysi üzrə saat 14:00-da havaya qalxan «Boeing-757-200» təyyarəsi yenidən hava limanına qayıdıb: «Buna səbəb təyyarədə üzə çıxan texniki nasazlıq olub. Təyyarə normal qaydada Heydər Əliyev Beynəlxalq Aeroportuna enib. Hazırda bu aviareysin sərnişinləri gözləmə zalında yerləşdirilib. Sözügedən aviareysin nə vaxt yola salınacağı təxminən saat 17:00-da bilinəcək».

 





05.10.2012    çap et  çap et