525.Az

Muxtar Babayev Şabranda vətəndaşları qəbul edəcək


 

Muxtar Babayev Şabranda vətəndaşları qəbul edəcək<b style="color:red"></b>

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Şabranda vətəndaşları qəbul edəcək. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 27 iyul saat 09:30-da Şabran şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək qəbulda Şabran, Quba, Qusar, Xaçmaz, Siyəzən və Xızı rayonlarının vətəndaşları iştirak edə biləcək.  

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, ETSN-nin 168 saylı “Qaynar xətt”i və Şabran Regional Meşə Mühafizəsi Mərkəzi ilə əlaqə saxlamaları xahiş olunur.

 





18.07.2018    çap et  çap et