525.Az

XİN-dən xarici jurnalistlərə çağırış


 

XİN-dən xarici jurnalistlərə çağırış<b style="color:red"></b>

“Xarici jurnalistlər Azərbaycanın qanunlarına və ərazi bütövlüyünə hörmətlə yanaşmalıdırlar”. 

APA-nın yerli bürosunun məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Tbilisidə keçirilən 15-ci “Cənubi Qafqaz media konfransı”nda çıxışı zamanı deyib. 

O bildirib ki, bəzi xarici jurnalistlər münaqişə zonalarında qanunsuz fəaliyyətə yol verirlər:
 
“Azərbaycan beynəlxalq medianın hüquqlarını tanıyır. Lakin bəzi xarici jurnalistlər Azərbaycanın işğal altında olan ərazilərinə qeyri-qanuni səfərlər edirlər. Biz xarici media nümayəndələrini Azərbaycanın qanunları və akkreditasiya qaydalarına hörmətlə yanaşmağa çağırırıq”.

 





19.07.2018    çap et  çap et