525.Az

Ukraynada Azərbaycan diaspor təşkilatları birləşdi


 

Ukraynada Azərbaycan diaspor təşkilatları birləşdi <b style="color:red"></b>

Ukrayna Azərbaycanlıları Konqresi ilə Ukrayna Azərbaycanlılarının Birləşmiş Təşkilatı birləşmək barədə qərar qəbul edib. 

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, bu prosesi hüquqi cəhətdən başa çatdırmaq üçün işçi qrupu yaradılıb. 

Bununla bağlı diaspor təşkilatları geniş müzakirə aparıb, birləşmək qərarına yekdilliklə səs verilib və  birgə fəaliyyətin mexanizmləri müzakirə edilib. 

Diaspor təşkilatlarının bu addımı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Ukraynaya rəsmi səfəri zamanı reallaşıb. 

İşçi Qrup Ukrayna Azərbaycanlılarının Koordinasiya Şurasını yaratmaq barədə də razılığa gəlib və  birləşmənin vacib olduğunu bildiriblər. Artıq Koordinasiya Şurasının  ilk iclası keçirilib və təşkilatlar daha geniş miqyasda fəaliyyətə başlayacaqlarını elan ediblər.

 





19.07.2018    çap et  çap et