525.Az

İlham Əliyev Parisdə şirkət rəhbərləri ilə görüşdü


 

İlham Əliyev Parisdə şirkət rəhbərləri ilə görüşdü<b style="color:red"></b>

Fransada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Parisdə “Thales International” şirkətinin baş vitse-prezidenti Rafael Eskinazi ilə görüşüb. 

APA-nın xəbərinə görə, dövlət başçısı daha sonra “Rothschild and Co” şirkətinin sədri Devid de Rotşild ilə bir araya gəlib. Görüşdə Azərbaycan və “Rothschild and Co” şirkəti arasında əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib, bu əməkdaşlığın bank sektorunda, özəlləşdirmə sahəsində genişləndirilməsinin zəruriliyi vurğulanıb. 

Devid de Rotşild babasının vaxtilə Azərbaycanda uğurlu fəaliyyət göstərdiyini, onun da bu ənənəni davam etdirmək niyyətində olduğunu bildirib.

 





20.07.2018    çap et  çap et