525.Az

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Azərbaycana gəlir


 

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Azərbaycana gəlir <b style="color:red"></b>

"Yaxın vaxtlarda Cənubi Qafqaz ölkələrinə səfərim çərçivəsində Azərbaycana da gedəcəyəm".  

APA-nın xəbərinə görə, bu barədə ATƏT-in media azadlığı məsələləri üzrə nümayəndəsi Arlem Dezir Tbilisidə keçirilən "Cənubi Qafqaz regionunda media azadlığı" adlı 15-ci beynəlxalq konfransında deyib. O bildirib ki, səfərin məqsədi Cənubi Qafqaz ölkələrində, eləcə də Azərbaycanda söz və mətbuat azadlığının vəziyyəti ilə yerində tanış olmaqdır.  

“Səfər çərçivəsində konfransda qəbul olunmuş tövsiyələrin icrası, həm də KİV-lərin vəziyyəti ilə yerindəcə tanış olacağam”, - deyə A. Dezir vurğulayıb.

 





20.07.2018    çap et  çap et