525.Az

ƏƏSMN və BQXK gələcək əməkdaşlıq istiqamətlərini müzakirə etdi


 

ƏƏSMN və BQXK gələcək əməkdaşlıq istiqamətlərini müzakirə etdi<b style="color:red"></b>

"Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) humanitar fəaliyyəti itkin düşmüş şəxslərin və mina qurbanlarının ailələri, cəbhəyanı ərazilərdə yaşayanlar və digər həssas qruplarla bağlı sosial əhəmiyyətli və reabilitasiya yönümlü layihələri də əhatə edir".

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlikdə  Komitənin Azərbaycan nümayəndəliyinin başçısı Elena Aymone Sessera ilə keçirilən görüşdə vurğulayıb.
 
Görüşdə BQXK-nın müdafiə işləri üzrə koordinatoru Bjoern Oliver Rahm da iştirak edib.

S.Babayev sosial cəhətdən həssas qrupların rifah halının yaxşılaşdırılması və reabilitasiyası məqsədilə nazirlik tərəfindən icra olunan proqramlar barədə məlumat verib.

O, prezident İlham Əliyevin uğurlu siyasətinin sosial müdafiə sisteminin ildən-ilə güclənməsinə, həmçinin sosial müdafiə sahəsində aktiv formada dəstək tədbirlərini nəzərdə tutan proqramların getdikcə genişlənməsinə imkan verdiyini qeyd edib.

Nazir ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirmiş vətəndaşların sosial müdafiəsi və tibbi-sosial reabilitasiyası, həmin döyüşlərdə şəhid olmuş insanların, itkin düşmüş şəxslərin ailələrinin sosial təminatı sahəsində aparılan işləri qeyd edib. S.Babayev BQXK-nin humanitar fəaliyyətində sosial yardım proqramlarının, reabilitasiya məqsədli layihələrin icrasının də mühüm istiqamətlərdən olduğunu, bu sahələrdə nazirlik ilə Komitə arasında geniş əməkdaşlıq müstəvisinin qurulmasının məqsədəuyğun ola biləcəyini deyib.

E.A.Sessera Komitənin Azərbaycanla bağlı layihələrini diqqətə çatdırıb, ötən dövrdə nazirliklə müəyyən sahələrdə əməkdaşlıq təcrübəsinin olduğunu, gələcəkdə bu əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verdiklərini bildirib.

Görüşdə mina partlayışı qurbanlarının və itkin düşmüş şəxslərin ailələri, mina partlayışından zərər çəkmiş şəxslər və cəbhəyanı ərazilərdə yaşayanlarla bağlı sosial proqramların, müxtəlif reabilitasiya məqsədli layihələrin icrası, protez-ortopedik məmulatlarla təminat sahəsində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.

S.QARAYEVA

 





20.07.2018    çap et  çap et