525.Az

İqtisadiyyat naziri Göygöldə vətəndaşları qəbul edəcək


 

İqtisadiyyat naziri Göygöldə vətəndaşları qəbul edəcək<b style="color:red"></b>

İqtisadiyyat naziri Şahin Mustafayev iyulun 20-də Göygöldə Şəmkir, Goranboy və Göygöl rayonlarından olan vətəndaşları qəbul edəcək.

İqtisadiyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, vətəndaşların qəbulu saat 11:00-dən etibarən Heydər Əliyev Mərkəzində keçiriləcəkdir.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün İqtisadiyyat Nazirliyinin [email protected] elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (daxili 21-79) və (055) 245-00-28 nömrəli telefonlar (əlaqələndirici şəxs Elşən Abbaszadə), Nazirliyin 195-2 Çağrı Mərkəzi, həmçinin Nazirliyin Gəncə-Qazax regional bölməsi (əlaqələndirici şəxs Arzu Hacıyev, əlaqə telefonu: (022) 256-13-78; (050) 395-91-97, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar İqtisadiyyat Nazirliyinin www.economy.gov.az internet səhifəsində xüsusi olaraq yaradılmış "İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölməsi və Nazirliyin Facebook səhifəsi vasitəsilə də qəbula yazıla bilərlər.

S.QARAYEVA

 





20.07.2018    çap et  çap et