525.Az

Prezident “SUEZ” qrupunun baş icraçı direktoru ilə görüşdü


 

Prezident “SUEZ” qrupunun baş icraçı direktoru ilə görüşdü<b style="color:red"></b>

İyulun 19-da Azərbaycan prezidenti İlham Əliyev Parisdə “SUEZ” qrupunun baş icraçı direktoru Jan Lui Şassod ilə görüşüb. 

APA-nın məlumatına görə, görüşdə “SUEZ” şirkətinin Bakı və Sumqayıt şəhərlərində içməli suyun təmizlənməsi üzrə bir neçə layihədə iştirakından danışılıb.

Azərbaycanın əhalisinin artdığını qeyd edən prezident İlham Əliyev bu layihələrin vacibliyinə toxundu, onların strateji əhəmiyyətini qeyd edib. 

Söhbət zamanı bu sahədə mövcud təkliflər nəzərdən keçirilib, gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

 

 





20.07.2018    çap et  çap et