525.Az

İstanbulda Çeçenistan FMX-nin sabiq rəhbərinin qızı saxlanıldı


 

İstanbulda Çeçenistan FMX-nin sabiq rəhbərinin qızı saxlanıldı <b style="color:red"></b>

Türkiyədə İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 5 nəfər saxlanılıb. 

APA-nın “Daily Sabah” qəzetinə istinadən verdiyi xəbərə görə, saxlanılanlar arasında Çeçenistan Federal Miqrasiya Xidmətinin sabiq rəhbəri Asu Dudurkayevin qızının da olduğu bildirilir. 

Qəzetə görə, İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər iyulun 4-də İstanbulda saxlanılıblar. 

Qeyd edək ki, 2013-cü ildə Çeçenistan rəhbəri Ramzan Kadırov qızı Suriyada terrorçuların sıralarında olduğu üçün A.Dudurkayevi istefaya göndərib.

 





20.07.2018    çap et  çap et