525.Az

"İlin ilk yarısında elektrik enerjisinə görə yığım səviyyəsi 94,6 %-ə çatdırılıb"


 

"İlin ilk yarısında elektrik enerjisinə görə yığım səviyyəsi 94,6 %-ə çatdırılıb"<b style="color:red"></b>

Bu ilin yanvar-iyun ayları ərzində “Azərişıq” ASC tərəfindən ümumilikdə 135 494 ədəd  olmaqla uçot dəstləri bərpa olunub. 

“Azərişıq” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, bunun 122 602 ədədi əhali istehlakçılarına, 12 892 ədədi isə qeyri-əhali istehlakçılarına aid uçot dəstləridir. 

Bundan əlavə, bu ilin 6 ayında ümumilikdə 100 799 ədəd, o cümlədən əhali istehlakçılarına aid 90 369 ədəd, qeyri-əhali istehlakçılarına aid 2.462 ədəd köhnə elektrik sayğacları yenisi ilə əvəz edilib. Görülmüş işlər nəticəsində istehlakçılara satılan faydalı elektrik enerjisinə görə ümumi yığım səviyyəsi hesabat dövründə 94,6 %-ə çatdırılıb.

 





20.07.2018    çap et  çap et