525.Az

Prezident Parisdə şirkət rəhbərləri ilə görüşüb


 

Prezident Parisdə şirkət rəhbərləri ilə görüşüb<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyev Parisdə Fransanın SADE şirkətinin prezidenti Patrik Lölo ilə görüşüb. 

APA-nın məlumatına görə, görüşdə SADE şirkətinin Azərbaycanda “Ağıllı Şəhər” layihəsində və meliorasiya sahəsində fəaliyyətindən məmnunluq ifadə olunub. 

Patrik Lölo bildirib ki, SADE Azərbaycanda fəaliyyətini bundan sonra da davam etdirmək niyyətindədir. 

Prezident İlham Əliyev SADE şirkətinin Azərbaycanda fəaliyyətinin dəstəkləndiyini qeyd edib. Dövlət başçısı vurğulayıb ki, meliorasiya sahəsi Azərbaycan üçün prioritet istiqamətlərdəndir.

 





20.07.2018    çap et  çap et