525.Az

Moskva-Bakı mikroavtobusu qəzaya uğradı: 8 yaralı


 

Moskva-Bakı mikroavtobusu qəzaya uğradı: 8 yaralı <b style="color:red"></b>

Rusiyanın Stavropol diyarı ərazisində 3 avtomobil toqquşub.  

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, qəza bu gün səhər saatlarında Qafqaz federal magistralının hava limanına dönən istiqamətində baş verib. 

Moskva-Bakı marşrutu üzrə hərəkət edən “Mercedes” markalı mikroavtobus “Ford”  və “VAZ 2110” markalı minik avtomobilləri ilə toqquşub.

Hadisə zamanı mikroavtobusda 11 nəfər, “Ford”da 3 nəfər, “VAZ 2110” markalı avtomobildə isə 2 nəfər olub.

Nəticədə 13 nəfər xəsarət alıb. Onlardan 8-i Azərbaycan vətəndaşıdır. Bütün yaralılar xəstəxanaya yerləşdirilib. Bir qadının vəziyyəti ağır, digərlərinin durumu isə stabildir. 

Zərərçəkənlərə lazımi tibbi yardım göstərilir.

 





20.07.2018    çap et  çap et