525.Az

“Instagram” sosial şəbəkəsində yeni funksiya istifadəyə verildi


 

“Instagram” sosial şəbəkəsində yeni funksiya istifadəyə verildi <b style="color:red"></b>

İndi "Instagram" istifadəçiləri onlaynda olan dostlarını görə biləcəklər. Bu haqda mobil proqramın rəsmi bloqunda məlumat verilib.

Mobil proqramın yeni versiyasında internetdə olan istifadəçilər "Facebook" messencerində olduğu kimi yaşıl nöqtə ilə işarələnib. Yalnız dostlar siyahısında olan, yaxud yazışma aparılmış istifadəçinin statusunu görmək mümkündür.

İstəkdən asılı olaraq aktiv statusu gizlətmək mümkündür.

Bundan əvvəl "Instagram"da yalnız "Direct" bölməsində onlaynda olan dostları görmək mümkün idi.

"Instagram" foto və videolar çəkməyə, onlara filtrlər tətbiq etməyə və paylaşmağa imkan verən sosial şəbəkə elementlərinə malik proqramdır. Messencerin auditoriyası 800 milyondan çox istifadəçidən ibarətdir.

 





23.07.2018    çap et  çap et