525.Az

Neymar poker yarışında 6-cı yeri tutdu


 

Neymar poker yarışında 6-cı yeri tutdu <b style="color:red"></b>

Braziliya millisinin futbolçusu Neymar San-Paulu şəhərində keçirilən poker turnirində altıncı yeri tutub.

"Report" xəbər verir ki, Fransa təmsilçisi PSJ-nin 26 yaşlı forvardı 228 oyunçunun iştirak etdiyi yarışın əvvəlində 1877 dollar ödəniş edib. Yekunda isə onun uduşu 21 min 308 dollar olub.

Qeyd edək ki, Neymar Rusiya təşkil olunan DÇ-2018-də iştirak etdiyi 5 oyunda 2 qol vursa da, daha çox simulyasiyaları ilə yadda qalıb.

 





27.07.2018    çap et  çap et