525.Az

“525-ci qəzet”in əməkdaşının məqaləsi Türkiyə mətbuatında


 

“525-ci qəzet”in əməkdaşının məqaləsi Türkiyə mətbuatında<b style="color:red"></b>

“525-ci qəzet”in əməkdaşı, gənc yazar Şahanə Müşfiqin qəzetin 28 iyul nömrəsində çap olunan “Sevgi izi” - sevdiklərinizin iziylə” məqaləsi Türkiyə mətbuatının da diqqətini cəlb edib.

Türkiyəli teleaparıcı Müge Anlının aparıcısı olduğu “Müge Anlı ilə tatlı-sərt” proqramının müəllifliyi ilə həyata keçirilən “Sevgi izi” layihəsi haqqındakı yazı proqramın sosial şəbəkədəki rəsmi səhifələrində, eləcə də layihənin rəsmi saytında və digər yerli xəbər portallarında paylaşılıb.

Adətən, itkin düşən şəxsin axtarışıyla bağlı elan verilən zaman xarakterik əlamətləri, evdən çıxarkən əynindəki geyimlər tanınması üçün qeyd olunur. Lakin təklif edilən yeni metod, yəni “Sevgi izi” layihəsi bu siyahını iki kəlmə və bir neçə rəqəmlə genişləndirir - qoldakı qeydiyyat kodu.

Türkiyəli teleaparıcı Müge Anlının müəllifi olduğu “Sevgi izi” layihəsi, əsasən, cəmiyyətdə özünü ifadə edə bilməyən, xüsusi qayğıya ehtiyacı olan vətəndaşlar üçün nəzərdə tutulub. Lakin bu siyahıya sağlamlıq imkanı məhdud olmayan insanlar da qoşula bilər.

Bu zamana kimi Türkiyədə milyonlarla insan (həmçinin, Müge Anlının özü və əməkdaşları da) bu layihəyə qoşulublar.

Layihənin müəllifləri bunun üçün yaradılmış www.beni.buldular.com saytı və bu layihə vasitəsilə həm polis orqanlarına, həm də itkin ailələrinə kömək ola biləcəklər.

Qeyd edək ki, “Sevgi izi” layihəsi artıq Azərbaycanda da fəaliyyətdədir. Layihənin Azərbaycan üzrə təmsilçisi Gülgün Qocayevadır. 

MEHRİ

 





31.07.2018    çap et  çap et