525.Az

Heydər Camalın jurnalist oğlu öldürüldü


 

Heydər Camalın jurnalist oğlu öldürüldü <b style="color:red"></b>

Mərkəzi Afrika Respublikasında 3 rusiyalı jurnalist naməlum silahlı şəxslər tərəfindən öldürülüb.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, üzərində güllə yaraları olan üç meyit Sibut şəhərindən 33 km şimalda avtomobildə aşkarlanıb. 

Məlumata görə, hücuma məruz qalmış çəkiliş qrupuna jurnalist Orxan Camal, rejissor Aleksandr Rastorquyev və operator Kiril Radçenko daxil olub. 

Onların MAR-da özəl hərbi kampaniyalara həsr olunmuş filmin çəkilişində olduğu bildirilir.

Qeyd edək ki, qətlə yetirilənlərdən Orxan Camal Rusiya İslam Komitəsinin sədri, ilahiyyatçı, politoloq Heydər Camalın oğludur.

Əslən azərbaycanlı olan 69 yaşlı Heydər Camal 2016-cı ilin dekabrında Qazaxıstanın Almatı şəhərində dünyasını dəyişib.

 





31.07.2018    çap et  çap et