525.Az

Qəbizlik və bağırsaq xərçəngindən qoruyan meyvə


 

Qəbizlik və bağırsaq xərçəngindən qoruyan meyvə<b style="color:red"></b>

Amerika alimləri gavalını qidalanmaya tez-tez daxil etməyi tövsiyə edir. Bu, xüsusilə, tünd rəngli növlərə aiddir ki, onlar antioksidantlarla zəngindir.

Gavalı həzm proseslərini yaxşılaşdırır, xolesterinin səviyyəsini aşağı salır, infeksiya və xərçəngin qarşısını alır. Gavalı diabet xəstələri üçün də faydalıdır.

Kalium və qidalı liflərlə zəngin olan gavalı qəbizliklə mübarizədə çox effektlidir. Həmçinin gavalı bağırsaqların mikroflorasını yaxşılaşdırır, disbakteriozu müalicə edir.

Alimlər qara gavalını bağırsaq xərçənginin profilaktikasında çox effektli hesab edir. Gavalı polifenol maddələri ilə zəngindir. Bu maddələr güclü antioksidantlar sayılır və orqanizmi hüceyrələr səviyyəsində qoruyur.

Mütəxəssislər hər gün 2-3 gavalı yeməyi tövsiyə edirlər.

 





04.08.2018    çap et  çap et