525.Az

Tankçılarımız “Tank biatlonu-2018”in yarımfinalında


 

Tankçılarımız “Tank biatlonu-2018”in yarımfinalında <b style="color:red"></b>

Azərbaycan tankçıları “Tank biatlonu-2018” müsabiqəsində yarımfinala çıxıblar.

Müdafiə Nazirliyindən verilən məlumata görə, “Beynəlxalq Ordu Oyunları-2018” çərçivəsində keçirilən “Tank biatlonu-2018” müsabiqəsinin yarımfinal mərhələsinin püşkatması keçirilib.

Püşkatmanın nəticələrinə görə Azərbaycan tankçıları yarımfinalda Çin, İran və Qırğızıstan tankçıları ilə yarışacaqlar.

 





06.08.2018    çap et  çap et