525.Az

Kaka “Milan”a qayıdır


 

Kaka “Milan”a qayıdır<b style="color:red"></b>

Braziliya millisinin sabiq üzvü Kaka yenidən “Milan”a qayıdır.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, klubun yeni idman direktoru Leonardo bu barədə açıqlama verib.

“Kaka “Milan”ı sevir. O, mənim köməkçim olacaq. Kaka klubda hər şeyin necə təşkil edildiyini bilmək istəyir. O, “Milan”a qayıdacaq” – deyə Leonardo bildirib.

Qeyd edək ki, 36 yaşlı Kaka 2003-2009 və 2013-2014-cü illərdə "Milan"da oynayıb.

 





07.08.2018    çap et  çap et