525.Az

"Google"ın işində problemlər yarandı


 

"Google"ın işində problemlər yarandı <b style="color:red"></b>

Populyar axtarış sistemi "Google"ın istifadəçiləri problemlərlə üzləşiblər.

Trend-in populyar internet resurslarının işlərini izləyən "Downdetector" servisinin məlumatına istinadən verdiyi xəbərə görə, problemlər çərşənbə axşamı günü axşam saatlarında müşahidə olunub.

Problemdən xəbər verənlərin 53%-i özünün şəxsi hesablarına daxil olmaqda çətinlik çəkib, 46% isə birbaşa servisin işində olan problemlər barədə xəbər verib.

Qeyd olunur ki, problemlər bütün dünyada müşahidə olunub, xüsusilə də, ABŞ, Yaponiya və Avropa ölkələrində.

 





08.08.2018    çap et  çap et