525.Az

Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyi Türkiyədə


 

Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyi Türkiyədə <b style="color:red"></b>

Türkiyə Diyanət Vəqfinin dəvəti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyi bu ölkədə səfərdədir.

Komitədən 525.az-a verilən məlumata görə, səfərin məqsədi Türkiyə Diyanət Vəqfi və Mənəvi Dəyərlərin Təbliği Fondu arasında qarşılıqlı əlaqələrin və əməkdaşlığın perspektivlərinin müzakirəsi və təcrübə mübadiləsinin aparılması, eyni zamanda bu istiqamətdə digər faydalı görüşlərin keçirilməsidir.

7-11 avqust tarixlərini əhatə edəcək səfər çərçivəsində ilk görüş Türkiyə Diyanət Vəqfində baş tutub.

Görüş zamanı Vəqfin müxtəlif şöbələrinin məsul şəxsləri qurumun strukturu və fəaliyyət istiqamətləri haqqında məlumat veriblər, mənəvi dəyərlərin qorunması, təbliği sahəsində əməkdaşlığın önəmini vurğulayıblar.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru bildirib ki, qurumun başlıca fəaliyyəti əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan milli-mənəvi dəyərlərin təbliği siyasətinin davam etdirilməsidir.

O, dövlət-din münasibətlərinin tənzimlənməsi və dini maarifləndirmə sahəsində fond tərəfindən həyata keçirilən tədbirlər və planlaşdırılan layihələrdən söz açıb. Həmçinin, iki qurumun əməkdaşlıq üçün geniş potensialının mövcudluğunu diqqətə çatdırıb.

 





08.08.2018    çap et  çap et