525.Az

Arda Turanın forma nömrəsi Koutinyoya verildi


 

Arda Turanın forma nömrəsi Koutinyoya verildi<b style="color:red"></b>

"Barselona"nın yarımmüdafiəçisi Koutinyo forma nömrəsini dəyişib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, braziliyalı futbolçu bundan sonra 7 nömrəli forma ilə meydana çıxacaq. Bu formada "Başakşəhər"ə icarəyə verilən Türkiyə millisinin üzvü Arda Turan çıxış edirdi.

Qeyd edək ki, "Barselona"da Ardadan öncə Luiş Fiqu, Alfonso Peres, Xavyer Saviola, Henrik Larsson, Eydur Qudyonsen, David Vilya və Pedro 7 nömrəli formanı geyinib.

 





09.08.2018    çap et  çap et