525.Az

“Ağlama, qələm eşidir”in imza günü olacaq


 

“Ağlama, qələm eşidir”in imza günü olacaq <b style="color:red"></b>

Avqustun 17-də, saat 15:00-da Sumqayıt şəhərində yerləşən “ZƏKA” Kitab evində tanınmış şair İlham Qəhrəmanın yenicə çapdan çıxmış “Ağlama, qələm eşidir” adlı şeirlər kitabının imza günü olacaq.

Oxucular həmin gün mağazadan şairin kitabını alıb müəllifin özünə imza etdirmək fürsəti qazanacaqlar. Eyni zamanda, kitabsevərlər mağazadan şairin “Sevgi durna çırağıdır” və regional folklor seriyasından toplayıb tərtib etdiyi “Laçın lətifələri” kitablarını da əldə edə biləcəklər. 

“ZƏKA” Kitab evinin ünvanı: Sumqayıt şəhəri, C.Cabbarlı küçəsi (45-ci məhəllə ilə 4-cü mkr. arasında  yerləşir).

 





10.08.2018    çap et  çap et