525.Az

Fransada güclü yağışlar səbəbindən 1600-ə yaxın insan təxliyə edildi


 

Fransada güclü yağışlar səbəbindən 1600-ə yaxın insan təxliyə edildi <b style="color:red"></b>

Fransanın cənubunda güclü yağışlar səbəbindən 1600-ə yaxın insan təxliyə edilib.

Trend-in məlumatına görə, insanların təxliyəsi Drom, Ardeş və Qar departamentlərində həyata keçirilib. Təxliyə əməliyyatlarında 400-dən artıq yanğınsöndürən və jandarm iştirak edib.

Təxliyə edilmiş insanların 119-u Sen-Jülyen-de-Peyrola kommunasında yerləşən yay düşərgəsində olan uşaqlardır. Uşaqların Almaniyadan dincəlməyə gəldiyi bildirilir. Düşərgənin rəhbərlərindən biri itkin düşüb.

 

 





10.08.2018    çap et  çap et