525.Az

Bakıda 11 il əvvəl itkin düşən şəxs axtarışa verildi


 

Bakıda 11 il əvvəl itkin düşən şəxs axtarışa verildi<b style="color:red"></b>

Bakıda 2007-ci ildə itkin düşən şəxs axtarışa verilib.

Bu barədə Trend-ə Nəsimi rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Nəsimi rayonu, Vidadi küçəsi, döngə 5, mənzil 2 ünvanında yaşayan Qarayev Nadir Əhəd oğlu avqustun 8-də Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinə ərizə ilə müraciət edərək qardaşı oğlu, 1964-cü il təvəllüdlü Qarayev Əhəd Adil oğlunun 2007-ci ilin yanvar ayında yaşamaq üçün Rusiyaya getdiyini və geri qayıtmayaraq itkin düşdüyünü bildirib.

Faktla bağlı Nəsimi RPİ-nin 22-ci polis bölməsində araşdırma aparılır.

 





10.08.2018    çap et  çap et