525.Az

"Hədəf" Nəşrləri bir aylıq kitab sərgisinə başlayır


 

"Hədəf" Nəşrləri bir aylıq kitab sərgisinə başlayır<b style="color:red"></b>

"Hədəf" Nəşrləri və "XAN" Nəşriyyatı Binəqədi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti kitab sərgi-yarmarkasına start verir.

Nəşriyyatdan verilən məlumata görə, sərgi-yarmarka avqustun 15-dən etibarən bir ay müddətində Binəqədi rayonunda yerləşən Heydər Əliyev adına parkda keçiriləcək.

Həftənin bütün günləri təşkil olunacaq sərgi-yarmarka hər gün 11:00-dan 22:00-a qədər davam edəcək.

Sərgi müddətində "XAN" Nəşriyyatının yazarlarının oxucularla görüş günləri nəzərdə tutulub.

Sentyabrın 15-nə qədər davam edəcək Kitab Sərgi-Yarmarkasında nəşrlərə böyük endirimlər olacaq.

 





10.08.2018    çap et  çap et