525.Az

Təhsil naziri vətəndaşları qəbul edəcək


 

Təhsil naziri vətəndaşları qəbul edəcək<b style="color:red"></b>

Təhsil naziri Ceyhun Bayramov Qazax şəhərində vətəndaşları qəbul edəcək.

Təhsil Nazirliyindən verilən məlumata görə, qəbul avqustun 13-də  saat 10:00-da Qazax şəhərindəki Ədəbiyyat Muzeyində başlayacaq.
 
Nazirin qəbulu mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilir.

Qəbulda Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayon sakinləri, o cümlədən, sözügedən rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Nazirlikdən bildirilib ki, qəbula gəlmək istəyən vətəndaşlar müvafiq tarixlərdə Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna ("Qaynar xətt" xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının "Vətəndaşların qəbulu" bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

S.QARAYEVA

 





10.08.2018    çap et  çap et