525.Az

“YARAT”da kinorejissorluq üzrə ustad dərsləri təşkil olunacaq


 

“YARAT”da kinorejissorluq üzrə ustad dərsləri təşkil olunacaq<b style="color:red"></b>

Avqustun 14-də “YARAT” Müasir İncəsənət Mərkəzində kinorejissorluq üzrə birgünlük ustad dərsləri keçiriləcək.

Cavid Zahidov və Rafiq Hacıyevin iştirakı ilə təşkil olunacaq dərslərdə 10-15 yaşlı uşaq və yeniyetmələr iştirak edə bilər.

Əgər film çəkmək arzusundasınızsa, onda “YARAT”ın təşkil etdiyi intensiv yay kursuna qatılın. Üç saat ərzində ssenari yazmaq əsaslarını, kamera ilə işləmək və montaj qaydaların öyrənəcəksiniz. Həmçinin, hər iştirakçı bir hekayə hazırlayaraq onu qısa filmə çevirmək imkanı qazanacaq.

 





11.08.2018    çap et  çap et